Millimiz Gürcüstanda hazırlıq keçir

Millimiz Gürcüstanda hazırlıq keçir

Yunan-Roma güləşi üzrə millimiz 2022-ci ilin ilk təlim-məşq toplanışını Gürcüstanda keçir.

Fanat.Az xəbər verir ki, yığmamız yanvarın 10-dan Borjomi şəhərinin Bakuriani qəsəbəsində yerli komanda ilə birgə hazırlıqlara başlayıb. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən turizm bölgəsində təşkil olunan təlim-məşq toplanışının əsas hədəfi fiziki hazırlığı yüksəltməkdir. Hazırlıq prosesinə xalça üzərində Gürcüstan millisinin üzvləriylə keçirilən taktiki-texniki çalışmalar da daxildir.

Qeyd edək ki, pəhləvanlarımız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında yanvarın 25-dək qonşu ölkədə intensiv olaraq məşqləri davam etdirəcək

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər