Millimiz Böyük Britaniya ilə bacarmadı

Millimiz Böyük Britaniya ilə bacarmadı

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Nasser Saliminin baş məşqçi olduğu kollektiv ikinci sınağında Böyük Britaniya seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb - 39:22.

Digər matçda isə Kipr yığması Maltaya 47:26 hesabı ilə qalib gəlib.

Azərbaycan millisi ilk görüşündə Maltanı 34:25 hesabı ilə məğlub edib, Böyük Britaniya isə Kiprlə heç-heçəyə razılaşıb - 25:25. Yığma qrupda son oyununu Kipr seçməsinə qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər