Azərbaycanlı hakim qardaşlar Avropa Kubokuna təyinat aldılar

Azərbaycanlı hakim qardaşlar Avropa Kubokuna təyinat aldılar

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından daha bir təyinat alıblar.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyası məlumat yayıb.

Referilər kişilər arasında Avropa Kubokunun 1/4 final mərhələsinin matçında ədaləti qoruyacaqlar. Bu, Bosniya və Herseqovinanın  “Izvidac” və Çexiyanın  “Karvina” komandaları arasında keçiriləcək görüşə təsadüf edəcək.

Qarşılaşma martın  29-da Lyubuşki şəhərinin “Lyubuşki” İdman Zalında təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər