Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Sentyabrın 15-dən 18-dək Rusiyanın Krasnodar şəhərində gənc boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək.

Fanat.Az verir ki, yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq. 

Komandamız səfərə baş məşqçi Əsgər Eyvazovun rəhbərliyi altında yollanıb. Məşqçilər korpusu turnirdə Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Zaur Qəhrəmanov (60 kq) və Fətəli İsmayılova (86 kq) şans verəcək. 

Qeyd edək ki, yarış Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər