Millimiz Belarusda qalib gəldi

Millimiz Belarusda qalib gəldi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, yığma Tacikistan kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb - 2:2. Penaltilər seriyasında daha dəqiq oynayan komandamız qələbəyə sevinib.

Qeyd edək ki, Azərbaycanın U-17 millisi ilk matçında Belarusa 0:4, daha sonra Özbəkistana 0:2 hesabı ilə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər