Bakıda təlim-məşq toplanışını davam etdirən qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoxlama oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, milli komanda “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yığması ilə qarşılaşacaq. Oyun saat 17:00-da başlayacaq.
Yoxlama oyunu 20 fevral 17.00 Azərbaycan – BƏƏ Baş hakim: Emin Əliyev Baş hakimin köməkçiləri: Asiman Əzizli, Şirmamed Mamedov Dördüncü hakim: Kamran Əliyev