Millimiz Avropa üçüncüsü oldu

Millimiz Avropa üçüncüsü oldu

Yunanıstanın Heraklion şəhərində veteran cüdoçular arasında Avropa çempionatına yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, yarışın son günündə komanda yarışı baş tutub. Kişilərdən ibarət Azərbaycan millisi qitə çempionatının bürünc medalını qazanıb. 

Xatırladaq ki, Azərbaycanın veteran cüdoçuları fərdi yarışı 9 qızıl, 5 gümüş və 5 bürünc medalla başa vurub. Bununla ölkəmiz ümumkomanda hesabında birinci yeri tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər