Millimiz AÇ-nin seçmə mərhələsindəki son oyununda qələbə qazandı

Millimiz AÇ-nin seçmə mərhələsindəki son oyununda qələbə qazandı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda B Liqasının 2-ci qrupunda son oyununu keçirib.

Fanat.Az xəbər verir ki, yığma Moldovadan olan həmyaşıdları ilə üz-üzə gəlib.

Bolqarıstanda keçirdiyi ilk iki görüşündə xal qazana bilməyən komandaların duelindən Azərbaycan yığması böyükhesablı qalibiyyətlə ayrılıb - 4:1. Komandamızın qollarına Ayşən Salamzadə (7-ci dəqiqə), Arzu Cəfərova (25), Vahidə Əlipaşayeva (63) və Xanım Əsədova (78) imza atıblar. Bununla yığmamız qrupu 3 xalla 3-cü pillədə başa vurub.

Azərbaycan millisi ilk iki matçında Bolqarıstana 1:6, Sloveniyaya isə 0:4 hesabı ilə məğlub olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər