Milli komandada yeni baş məşqçi

Milli komandada yeni baş məşqçi

Ekvador yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, sözügedən komandanı bundan sonra Feliks Sançes çalışdıracaq.

İspaniyadan olan 47 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Onun qarşısına qoyulan hədəf də bəllidir. Yeni baş məşqçi komandanı DÇ-2026-ya aparmalıdır.

Xatırladaq ki, Sançes son olaraq Qətər yığmasını çalışdırıb. O, DÇ-2022-dən sonra bu komandadan ayrılmaq məcburiyyətində qalmışdı. Sançes Ekvador yığmasında Qustavo Alfaronu əvəz edib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər