Millətlər Liqası: Yığmamızın rəqibləri müəyyənləşir - YENİLƏNİR

Millətlər Liqası: Yığmamızın rəqibləri müəyyənləşir - YENİLƏNİR

Bu gün UEFA Millətlər Liqasının 2024/2025 mövsümün püşkü atılacaq. 

Fanat.Az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçiriləcək tədbirdə Azərbaycan millisinin də rəqibləri bilinəcək.

Bakı vaxtı ilə saat 21.00-da başlayacaq püşkatma mərasimində Azərbaycan yığması C Liqasının 2-ci səbətində yer alacaq. Millimiz həmin liqanın 1-ci, 3-cü və 4-cü səbətindəki komandalardan birinə rəqib olacaq. Qaydalara əsasən, Azərbaycan və Ermənistan yığmaları eyni qrupda yer ala bilməzlər.

Qeyd edək ki, Millətlər Liqasında 2024/2025 mövsümü sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək.

UEFA Millətlər Liqası 2024/2025 mövsümü 8 fevral

A Liqası 1-ci səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland 2-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan 3-cü səbət: İsveçrə, Almaniya, Polşa, Fransa 4-cü səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya

B Liqası 1-ci səbət: Avstriya, Çexiya, İngiltərə, Uels 2-ci səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç 3-cü səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro 4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan

C Liqası 1-ci səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq 2-ci səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları 3-cü səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr 4-cü səbət: Belarus, Litva/Cəbəllütariq, Estoniya, Latviya

D Liqası 1-ci səbət: Litva/Cəbəllütariq, Moldova, Malta 2-ci səbət: Andorra, San Marino, Lixtenşteyn

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər