Niderland yığmasının baş məşqçisi Lui Van Qal UEFA Millətlər Liqasında Uelslə oyunu (2:1) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında belə deyib:
"Bizim heyrətamiz komandamız var. İlk dəfə deyil ki, sonda belə qalib gəlirik və bu, sonuncu da olmayacaq. Oyunun gedişində uelsli məşqçi bir çox oyunçunu müdafiədən alıb meydana hücumçu buraxdı. Mən də nuna uyğun öz əvəzləmələrimi etdim.
Uelslilərin haqqını verməliyik, onlarda mübariz ruh var. Amma demək olar ki, bu gün şansları olmadı. Onların qolu bizim səhvimiz nəticəsində vuruldu, topu uzaqlaşdıra bilmədik. Rəqibin baş zərbəsi yaxşı alındı, lakin Veqhorstun vurduğu fantastik idi".
Niderland yığması növbəti oyununu iyunun 11-də Polşaya qarşı keçirəcək.
Mirağa