Məşhur məşqçi bir ildə iki klubdan qovulub tarixə düşdü

Məşhur məşqçi bir ildə iki klubdan qovulub tarixə düşdü
İngiltərənin "Sautqempton" klubunun baş məşqçisi Mark Hyuz qovulub.
Fanat.Az xəbəp verir ki, bununla da uelsli mütəxəssis tarixə düşüb. Belə ki, 55 yaşlı Hyuz bir təqvim ili ərzində İngiltərə Premyer Liqasında istefaya göndərilən ilk baş məşqçi olub. O, yanvarın 6da "Stok Siti"nin baş məşqçi postundan kənarlaşdırılmışdı.
Hyuzun qovulmasına səbəb komandanın uğursuz çıxışı olub. Belə ki, "Sautqempton" 14 turdan sonra 9 xalla Premyer Liqanın 18-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, 55 yaşlı mütəxəssis bundan əvvəl "Sautqempton" və "Stok Siti"dən başqa İngiltərənin "Blekbern", "Mançester Siti", "Fulhem" və "Queens Park Reyncers" klublarını, həmçinin Uels millisini çalışdırıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər