Belçikanın "Mouskron" klubu ilə bağlı maraqlı fakt açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Football Leaks"in yayımladığı sənədlərə görə, 96 yaşlı klub 10 avroya (19 manata) satılıb.
Belə ki, məşhur menecer Pini Zahavi 2015-ci ildə klubu satın alıb. Lakin həmin ilin dekabrında Belçika Futbol Federasiyası klubların menecerlərə bağlı olmasını qadağan edib.
75 yaşlı israilli menecer vəziyyətdən "Mouskron"u 10 avroya qohumuna satmaqla çıxıb. Rəsmi olaraq klub satsa da, onu hələ də özü idarə edir.
Fanat.Az