Məşhur hücumçu klubunu tərk etdi

Məşhur hücumçu klubunu tərk etdi

Braziliyalı futbolçu Dieqo Kosta ölkəsinin "Atletiko Mineyro" klubundan ayrılıb.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 34 yaşlı hücumçu azad agent statusu alıb.

Təcrübəli forvardın karyerası ilə bağlı hansı qərarı qəbul edəcəyi indilik bilinmir.

Qeyd edək ki, Dieqo Kosta ötən ilin avqustundan şərəfini qoruduğu "Atletiko Mineyro"nun Braziliya çempionatını və ölkə kubokunu qazanmasında böyük pay sahibi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər