Mərakeşin qapıçısı tarixi ilkə imza atdı

Mərakeşin qapıçısı tarixi ilkə imza atdı

Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Portuqaliyaya (1:0) qalib gələrək daha bir sürprizə imza atan Mərakeş yığmasının qapıçısı tarixə düşüb.

Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, Mərakeş millisinin heyətində 50-ci matçını keçirən Yasin Bunu bir mundialda üç oyunda qapısını təmiz keçirən ilk afrikalı qapıçı olub.

Mərakeş yarımfinalda Fransa ilə qarşılaşacaq. Qarşılaşma dekabrın 14-də baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər