Mərakeş millisinin aldığı mükafatın məbləği açıqlandı

Mərakeş millisinin aldığı mükafatın məbləği açıqlandı

DÇ-2022-də 4-cü olan Mərakeş millisinin aldığı mükafatın məbləği bəlli olub.

Fanat.Az "Associated Press"ə istinadən xəbər verir ki, şimali afrikalılar tarixi uğura görə 25 milyon avro alıb.

Jurnalist Xalid Beydun isə milli üzvlərin bu məbləğin hamısını Mərakeşdə maddi ehtiyac içərisində yaşayan uşaqlara və onların ailələrinə xərcləyəcəklərini bildirib.

Qeyd edək ki, 1/8 finalda İspaniyanı, ardından Portuqaliyanı mübarizədən kənarlaşdıran Valid Reqrarinin yetirmələri 3-cü yer uğrunda qarşılaşmada Xorvatiyaya 1:2 hesabı ilə uduzub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər