Mərakeş bunu bacaran ilk Afrika təmsilçisi oldu

Mərakeş bunu bacaran ilk Afrika təmsilçisi oldu

Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında İspaniyaya qalib gələrək 1/4 finala yüksələn Mərakeş millisi tarixə düşüb.

Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, Mərakeş mundial tarixində penaltilər seriyasında qalib gələn ilk Afrika komandası olub. 

Əsas və əlavə vaxtda qalibin müəyyənləşmədiyi (0:0) görüşdə penaltilər seriyasındakı dəqiqilik hesabına (3:0) mərhələ adlayan cənubi afrikalılar həmçinin, Kamerun (1990), Seneqal (2002) və Qanadan (2010) sonra bu qitədən 1/4 finala yüksələn dördüncü yığma komandadır.

Mərakeş 1/4-də Portuqaliya ilə qarşılaşacaq. Qarşılaşma dekabrın 10-da baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər