"Məni heç vaxt Ronaldu ilə müqayisə etməyin. O, mənim üçün futbol tarixinin üç ən yaxşısından biridir".
Fanat.Az xəbər verir ki, bunu "Çelsi"nin hücumçusu Romelu Lukaku deyib.
"Zadəganlar"dan öncə Milan "İnter"inin formasını geyinən Belçika millisinin forvardı fikrini belə əsaslandırıb:
"Kriştianunun etdiləri göz qabağındadır. Əlbəttə ki, çox böyük futbolçudur. Bəxtim gətirib ki, İtaliyada ona qarşı oynamaq imkanı qazanmışam. İndi İngiltərə Premyer Liqasında oynayacaq. Ronaldunun burada olması çempionat üçün ciddi üstünlükdür. Bir daha deyirəm, bizim statistikalarımızı müqayisə etmək tam lazımsızdır".
Xatırladaq ki, portuqaliyalı superulduz bu yaxınlarda "Yuventus"u "Mançester Yunayted"ə dəyişib.
Nihat