Məmmədzadənin Berlində qələbə seriyası qırıldı

Məmmədzadənin Berlində qələbə seriyası qırıldı

Berlində Azərbaycanın qadınlardan ibarət yığmasının lideri Günay Məmmədzadənin iştirakı ilə Armageddon seriyasından şahmat turniri keçirilir.

Fanat.Az xəbər verir ki, Məmmədzadə üçüncü turda Bibisara Assaubayevaya (Qazaxıstan) 0,5:1,5 hesabı ilə uduzub.

Günay bundan əvvəl almaniyalı Elizabet Pets (1,5:0,5) və polşalı Alina Kaşlinskayanı (2:0) məğlub edib.

Xatırladaq ki, turnirdə Aleksandra Kostenyuk (İsveçrə), Hampi Koneru (Hindistan), Sara Xadem (İran) və Nana Dzaqnidze (Gürcüstan) da mübarizə aparır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər