Məmmədyarov iki ABŞ təmsilçisinə qarşı

Məmmədyarov iki ABŞ təmsilçisinə qarşı

Xorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə "Grand Chess Tour" seriyasının üçüncü mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha üç turun görüşləri ilə turnirin rapid mərhələsinə yekun vurulacaq. 37 yaşlı qrossmeysterimiz öncə ağ fiqurlarla fransalı Maksim Vaşye-Laqravla qarşılaşacaq.

Növbəti matçda ABŞ təmsilçisi Leynyer Dominqesi sınağa çəkəcək Şəhriyar günün son oyununda onun həmyerlisi Uesli So ilə münasibətləri aydınlaşdıracaq.

Altı turdan sonra şahmatçımız 6 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Lider 9 xala malik Firuzcadır.

Yarış iyulun 24-dək davam edəcək. İlk üç gündə şahmatçılar rapid, daha sonra isə blits üzrə mübarizə aparacaqlar. Qalib iki mərhələnin yekuna əsasən müəyyənləşəcək.

"Grand Chess Tour"

VII tur

Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa)

VIII tur

Şəhriyar Məmmədyarov - Leynyer Dominqes (ABŞ)

IX tur

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər