Məmmədyarov "Champions Chess Tour"un finalına qələbə ilə başladı

Məmmədyarov "Champions Chess Tour"un finalına qələbə ilə başladı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının final mərhələsində mübarizəyə başlayıb.

Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster yarışın I turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə üz-üzə gəlib. 

Qarşılaşmanın ilk partiyasında Məmmədyarov üstün olub, ikinci görüş heç-heçə nəticələnib. Üçüncü partiyada rəqib, dördüncü oyunda isə yenidən Şəhriyar üstün olub. Beləliklə, təmsilçimiz yekunda rəqibini 2,5:1,5 hesabı ilə məğlub edib.

Digər görüşlərə gəldikdə, norveçli Maqnus Karlsen ABŞ təmsilçisi Uesli Sonu, Yan-Kşiştof Duda (Polşa) Arcun Eriqaysini (Hindistan), Aniş Giri (Niderland) Le Kuanq Liemi (Vyetnam) yenib.

Qeyd edək ki, dairəvi sistemlə 7 turdan ibarət turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər