"Məğlubiyyətin səbəbkarı Santuşdur" - Fiqu Ronaldunun tərəfini tutdu

"Məğlubiyyətin səbəbkarı Santuşdur" - Fiqu Ronaldunun tərəfini tutdu

"Qızıl top" mükafatının sahibi, Portuqaliya millisinin sabiq ulduzu Luiş Fiqu ölkəsinin yığmasının baş məşqçisi Fernandu Santuşu DÇ-2022-nin oyunlarında Kriştianu Ronaldunu ehtiyatda saxladığına görə tənqid edib.

Fanat.Az xəbər verir ki, "Sport.es" onun dediklərini belə çatdırıb:

"Ronaldunu ehtiyatda saxlayırsansa, dünya çempionu ola bilməzsən. Kriştianunu start heyətdən kənarda qoymaq səhv idi. Məğlubiyyətin səbəbkarı Santuşdur".

Xatırladaq ki, Portuqaliya seçməsi 1/4 finalda Mərakeşə 0:1 hesabı ilə yenilərək mübarizəni dayandırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər