"Mbappeni trasnfer edə bilərdik" - Xosep Bartomeu

"Mbappeni trasnfer edə bilərdik" - Xosep Bartomeu

"Barselona"nın sabiq prezidenti Xosep Bartomeu PSJ-nin hücumçusu Kilian Mbappeni heyətə qatmağa yaxın olduqları halda, bu transferi reallaşdırmadıqlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, AS onun sözlərini belə çatdırıb: 

"Biz Mbappe ilə müqavilə bağlaya bilərdik. Buna çox yaxın idik. Hər şey böyük ölçüdə, özəlimizdə idi. Amma məşqçilər korpusu Usman Dembeleyə üstünlük verdilər. Dedilər ki, onlara hücumda üstünlük yarada bilən forvard lazımdır və bu Dembeledir".

Xatırladaq ki, Kilian Mbappe PSJ-yə 2017-ci ildə "Monako"dan transfer olunub. Fransa millisinin ulduz hücumçusunun parislilərlə olan müqaviləsinin müddəti gələn ilin yayında - 30 iyun tarixində başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər