Kilian Mbappe PSJ-nin yüksək əməkhaqqı təklifinə rəğmən, klubunu dəyişməkdə qərarlıdır.
Fanat.Az xəbər verir ki, İspaniyanın "Marca" nəşri hücumçunun komandanın baş məşqçisi Maurisio Poçettino ilə görüşdüyünü və söhbət zamanı Paris təmsilçisi ilə müqavilə yeniləməyəcəyini mütəxəssisin diqqətinə çatdırdığını açıqlayıb.
Mənbəyə inansaq, Fransa millisinin forvardı son qərarını verdiyini və fikrini dəyişməyəcəyini söyləyib.
Qeyd edək ki, PSJ ilə olan müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatacaq Mbappenin "Real"a keçməyə can atdığı barədə informasiyalar səngimir.
Nihat