Matteys de Liqtin aqibəti necə olacaq? - "Bayern" rəhbərliyi qərarını verdi

Matteys de Liqtin aqibəti necə olacaq? - "Bayern" rəhbərliyi qərarını verdi

“Bayern Münhen” klubunun rəhbərliyiNİN komandanın niderlandlı futbolçusu Matteys de Liqt barədə yekun qərarı bəlli olub. 

Fanat.Az xəbər verir ki, məlumatı “Kicker” yayıb.

Xəbərə görə, Almaniya nəhəngi 24 yaşlı müdafiəçini satmaq fikrindən daşınıb. Mənbə Münhen təmsilçisinin yeni mövsüm üçün daha iddialı heyət formalaşdırmağı hədəflədiyini və de Liqtin həmin heyətdə olmasını vacib saydığını vurğulayıb.

Qeyd edək ki, cari mövsüm "Bayern" forması ilə 23 oyuna çıxan Matteys 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər