Mats Hummels DÇ-yə niyə aparılmayıb? - Səbəb açıqlandı

Mats Hummels DÇ-yə niyə aparılmayıb? - Səbəb açıqlandı

Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik Dortmund "Borussiya"sının müdafiəçisi Mats Hummelsi Qətərdə keçirilən dünya çempionatına aparmadığı üçün peşman deyil.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport1.de" yayıb.

Xəbərə görə, mundialda qrupda qalan Almaniya seçməsinin çalışdırıcısı sözügedən futbolçunu oyun üslubuna görə yığmaya layiq saymır və bunu öz köməkçilərinə deyib. Belə ki, o, topla yaxşı rəftar etməyi bacarmayan, dərin müdafiənin mərkəzində yer almağa öyrəşmiş Hummelsin hücum futbolu sərgiləyən, ani əks-həmlələrə üstünlük verən kollektivdə işə yaramayacağına əmindir.  

Qeyd edək ki, bu mövsüm "Borussiya" forması ilə 17 matça çıxan Hummels 5 sarı vərəqə alıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər