Maradonadan səhhəti ilə bağlı açıqlama

Maradonadan səhhəti ilə bağlı açıqlama
Xəbər verdiyimiz kimi, əfsanəvi futbolçu Dieqo Maradona Buenos-Ayresdə xəstəxanaya yerləşdirilib. 
Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssis artıq evə buraxılıb.
 
"Telam"a açıqlama verən Meksikanın "Dorados" komandasının baş məşqçisi "Xəstəxanaya 59 yaşımda düşmüşdüm, 50 yaşımda tərk edirəm", deyə bildirib.
Əfsanəvi futbolçu qorxulu hadisənin baş vermədiyini bildirib. Təcrübəli mütəxəssis hazırda səhhətinin ideal vəziyyətdə olduğunu söyləyib: "Səhhətimlə bağlı söz-söhbətlər yaratmağa cəhd edən insanlar var. Onlar hər zaman olublar. İndi mən "Dorados"a qayıdıram".
Qeyd edək ki, Dieqo Maradona ötən gün mədəsində qanaxma diaqnozu ilə Buenos-Ayres xəstəxanasına çatdırılıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər