Manenin "kitabı bağlandı" - RƏSMİ

Manenin "kitabı bağlandı" - RƏSMİ

Almaniya "Bavariya"sının və Seneqal millisinin futbolçusu Sadio Mane Qətərdə keçiriləcək dünya çempionatında oynamayacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı Seneqal millisinin mətbuat xidməti yayıb.

Bundesliqada "Verder"lə matçda (6:1) aldığı zədəni sağalda bilməyən Manenin əməliyyat edildiyi bildirilib. Məlumatı Münhen klubunun da rəsmi saytı da açıqlayıb.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal yığması Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər