Mançini İsveçrə ilə oyundan öncə belə danışdı

Mançini İsveçrə ilə oyundan öncə belə danışdı

İtaliya millisinin müdafiəçisi Canluka Mançini Avropa çempionatının 1/8 final mərhələsində İsveçrə seçməsinə qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:

"İsveçrənin Almaniya seçməsinə qarşı oyununu görmüşük. Rəqib fiziki cəhətdən güclü, çox sürətli komandadır. Bu, çox səviyyəli oyun olacaq. Rəqibin heyətində həm gənc, həm də təcrübəli futbolçular var. Yaxşı balansa malik kollektivdir. Təbii ki, İtaliya seçməsində də gənc və təcrübəli oyunçular çıxış edirlər. Çalışacağıq ki, bu qarşılaşmada nəyə qadir olduğumuzu maksimum şəkildə ortaya qoyaq. 

İsveçrə yığmasında İtaliya çempionatında oynamış və indiyədək oynayan futbolçuların sayı az deyil. Komandalar bir-birini tanıyırlar. Məqsədimiz hər şeyi yaxşı şəkildə edərək bu oyunda qalib gəlməkdir".

Qeyd edək ki, İsveçrə - İtaliya matçı sabah, Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Nihat 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər