Makron Fransa yığmasına nə dedi?

Makron Fransa yığmasına nə dedi?

Fransa millisinin hücumçusu Randal Kolo Muani DÇ-2022-nin yarımfinalında Mərakeş seçməsi üzərində qazandıqları qələbəni (2:0) şərh edib.

Fanat.Az xəbər verir ki, RTBF onun dediklərini belə çatdırıb:

"Qələbəmizlə fəxr edirəm. Hələ nələr baş verdiyini tam dərk etməmişəm. Amma daha yaxşısını arzulaya bilməzdim. Hazırda sevincimdən göyün yeddinci qatındayam. Onu da deyim ki, müdafiədə əla, hücumda zəif göründük. İkinci qolu vurmağa çətinlik çəkirdik. Buna baxmayaraq hamımız xoşbəxtik.

Fransanın prezidenti (Emmanuel Makron - red.) bizdən bu işi başa çatdırmağı, çempion olmağı xahiş etdi. Argentina güclü komandadır. Onlara qarşı final matçına hər şeydən öncə psixoloji cəhətdən yaxşı hazırlaşmalıyıq. Dünya çempionu olmağa köklənmişik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər