Makqreqor Meyvezerin sərvətini artırdı

Makqreqor Meyvezerin sərvətini artırdı
UFC-264 turnirinin əsas döyüşündə Fransa əsilli ABŞ idmançısı Dastin Puaryenin irlandiyalı Konor Makqreqora qalib gəlməsi boks üzrə keçmiş dünya çempionu Floyd Meyvezerin sərvətinə təsir edib.
Fanat.az xəbər verir ki, 44 yaşlı amerikalının özü bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
 
Meyvezer Makqreqorun uduzmasının ona 35 min dollar qazandırdığını əks etdirən mərc kuponunu paylaşaraq Puaryeyə təşəkkür edib.
 
Sahib Əsədbəyli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər