Bu gün I Divizionda V tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. Son çempion "Neftçi-2" uğursuz startdan sonra ardıcıl ikinci qalibiyyətini darmadağınla qazanıb, "Keşlə-2" isə əzmkar qələbə əldə edib. 19 oktyabr (çərşənbə axşamı)
“Neftçi-2” – “Sumqayıt-2” 5:0 Qollar: Ramin Nəsibli, 41, Xəqani Sadıqov, 48, 57, Əli Sadıxov, 52, Fərid İsgəndərov, 83. Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Şirmamed Mamedov, Elvin Bayramov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Seymur Səlimli Türk Hava Yolları Futbol Mərkəzi (ehtiyat meydança), 15:00
“Keşlə-2” – “Qarabağ-2” 1:2 Qollar: Əbdülkərim Ağamalıyev, 3 - Mehdi Tahirov, 45+3, Nihad Quliyev, 53-p. Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Əli Əliyev Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Mübariz Hüseynov “ASK Arena”, 15:00
Sabah tur çərçivəsində daha 3 oyun keçiriləcək: 20 oktyabr (çərşənbə)
“Zirə-2” – “Sabah-2” Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov, Cavid Cəlilov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Aslan Şahgəldiyev “ASK Arena”, 14:00
MOİK – “Zaqatala” Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Ruslan Quliyev, Səbuhi Bayramov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Erkin Hüseynov Binə qəsəbə stadionu, 14:00
“Turan Tovuz” - “Qaradağ Lökbatan” Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Kərim Zeynalov, Emin Əliyev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Bəhram Qurbanov Tovuz şəhər stadionu, 14:30