Madrid nəhəngi İngiltərə klubları ilə rəqabətə girişdi - Argentinalı vunderkində görə 

Madrid nəhəngi İngiltərə klubları ilə rəqabətə girişdi - Argentinalı vunderkində görə 

Argentina “Boka Xuniors”unun müdafiəçisi Valentin Barko daha bir Avropa klubunun hədəfinə çevrilib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Todofichajes" informasiya yayıb. 

Mənbənin məlumatına görə, "Atletiko Madrid" 19 yaşlı futbolçunu heyətinə cəlb etmək istəyir.

Madrid nəhəngi Barko ilə müqavilə imzalamaq istədiklərini açıqlayan İngiltərə "Brayton"u ilə yarışmağa hazırdır. Valentinlə "Mançester Siti"nin də maraqlandığı bildirilir.

Gənc müdafiəçi ötən mövsüm Argentina təmsilçisinin heyətində 18 matçda iştirak edib, bir qol və iki məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər