Madrid nəhəngi Feliksə əvəzləyici tapdı - Yapon ulduz gəlir

Madrid nəhəngi Feliksə əvəzləyici tapdı - Yapon ulduz gəlir

"Atletiko Madrid" "Çelsi"dən altı aylıq icarədən qayıtmasına rəğmən, baş məşqçi Dieqo Simeoneyə lazım olmayan portuqaliyalı futbolçu Joau Feliksə əvəzləyici tapıb. 

Fanat.Az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi Daiti Kamada paytaxt klubunun hədəfindədir.

İnformasiyanı jurnalist Daniele Lonqo yayıb.  

Yapon oyunçu iyulun əvvəlindən - Frankfurt "Ayntraxt"ı ilə müqaviləsi başa çatdıqdan sonra azad agentdir. 26 yaşlı futbolçu “Milan”a keçməyə yaxın olsa da, tərəflər razılığa gələ bilməyib. 

2019-cu ildən Bundesliqada çıxış edən Daiti Kamada "Ayntraxt"ın heyətində 127 oyun keçirib və bu görüşlərdə 20 qol vurub, 26 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər