Luis Suares karyerasını başa vurur

Luis Suares karyerasını başa vurur

"Liverpul" və "Barselona"nın sabiq futbolçusu Luis Suares karyerasını başa vurmağı planlaşdırır.

Fanat.Az xəbər verir ki, bu barədə GZH məlumat yayıb. 

Xəbərə görə, hazırda Braziliya "Qremio"sunda çıxış edən 36 yaşlı futbolçunun səhhətində problem var. Uruqvaylı hücumçunun dizində ağrılar var.

Ancaq Suares "Qremio"dan ayrıldıqdan sonra başqa klubla sözləşmə imzalasa, Braziliya klubu futbolçudan təzminat tələb edəcək. 

Qeyd edək ki, Uruqvay millisinin üzvü "Qremio"ya bu il keçib. O, cəmi 8 oyunda meydana çıxıb və 5 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər