Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçeskunun “Minay”la oyundan sonra halı pisləşib.
Fanat.Az xəbər verir ki, rumıniyalı mütəxəssisə tibbi yardım göstərilib.
“Dinamo” oyunda 2:0 hesabı ilə qalib gəlsə də, Kiyev klubunun çalışdırıcısı özünü pis hiss edib.
Onun qarşıdakı oyunlarda komandasına rəhbərlik edib-etməyəcəyi sual altındadır.
Xatırladaq ki, Luçeskunun 77 yaşı var.