Luçesku AÇ-2024-ün 1/8 finalçısına rəhbərlik edəcək

Luçesku AÇ-2024-ün 1/8 finalçısına rəhbərlik edəcək

Rumıniyalı məşqçi Mirça Luçesku yeni işinə yaxındır. 

Fanat.Az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb. 

Mənbənin məlumatına görə, 79 yaşlı mütəxəssis yaxın vaxtlarda Rumıniya millisinin baş məşqçisi vəzifəsinə keçəcək. Tərəflərin danışıqlar apardığı və razılaşmaya yaxın olduqları bildirilir. 

Qeyd edək ki, keçid reallaşsa, Luçesku 38 ildən sonra Rumıniya millisinin baş məşqçi postuna qayıdacaq. Mirça 1981-1986-cı illərdə milli komandaya rəhbərlik edib. Onun rəhbərliyi altında yığma 57 oyun keçirib. 

Xatırladaq ki, Rumıniya 2024-cü il Avropa çempionatından sonra baş məşqçisiz qalıb. Mötəbər turnirdə Niderlanda 0:3 hesabı ilə uduzduğu komanda 1/8 finalda mübarizəni dayandırıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər