Ölkə çempionatının oyunu Qubada keçiriləcək

Ölkə çempionatının oyunu Qubada keçiriləcək
Futbol üzrə Azərbaycan Yüksək Liqasında XIV turun "Premier” (Quba) – "Araz” oyununun məkanı müəyyənləşib. 
Azərbaycan Futzal Federasiyasından (AFF) Fanat.az-a verilən məlumata görə, qarşılaşma Qubada yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin İdman kompeksində keçiriləcək. Görüş dekabrın 25-də saat 14:00-da başlayacaq və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. 
Qeyd edək ki, Yüksək Liqanın debütantı olan əyalət təmsilçisi oyunun Qubada keçirilməsi ilə bağlı AFF-yə müraciət ünvanlayıb. Vəziyyəti dəyərləndirən və idman kompleksinə baxış keçirən qurum qarşı tərəfin müraciətini müsbət cavablandırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər