Levandovskinin son durumu açıqlandı

Levandovskinin son durumu açıqlandı
Polşa yığmasının və "Bavariya”nın hücümçusu Robert Levandovskinin zədəli olduğu haqda məlumat vermişdik. 
 
Fanat.Az xəbər verir ki, artıq alman klubu futbolçunun durumu ilə bağlı vəziyyəti açıqlayıb. 
 
Belə ki, DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turu çərçivəsində baş tutan Polşa – Andorra matçında zədələnən Levandovski bir ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. 
Tibbi müayinədən keçən futbolçunun diz bağlarında gərilmə aşkarlanıb. 
Qeyd edək ki, polşalı futbolçu Andorraya 3:0 hesabıyla qalib gəldikləri qarşılaşmanın 63-cü dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı. Bu görüşdə dubla imza atan forvard ilk turda Macarıstanla səfər matçında (3:3) da 90 dəqiqə oynamış və 1 qolla yadda qalmışdı.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər