Polşa millisini çalışdıracağı iddia olunan Andrey Şevçenkonun özünə köməkçi seçdiyi bildirilir.
Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Roman Kolton "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, ukraynalı mütəxəssis "Şaxtyor"un keçmiş müdafiəçisi Mariuş Levandovski ilə çalışacaq.
Qeyd edək ki, Levandovski məşqçilik karyerasına 2017-ci ildə başlayıb. Onun son klubu 2021-ci ildə tərk etdiyi "Termalika" olub.

Emin