Levandovski 0:3-dən sonra "Bayern"in paltardəyişmə otağına gəlib - AÇIQLAMA

Levandovski 0:3-dən sonra "Bayern"in paltardəyişmə otağına gəlib - AÇIQLAMA

"Bayern Münhen"in idman direktoru Hasan Salihamiciç Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən matçdan - "Barselona" ilə səfər oyunundan (3:0) sonra Robert Levandovski ilə görüşdüyünü açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Sport1.de" onun dediklərini belə çatdırıb:

"Levandovski bizim paltardəyişmə otağına gəlmişdi. Qısa fikir mübadiləsi aparsaq da, çox xırdalıqlara getmədik. Robert yaxşı oğlandır. Ona hər şeyin ən yaxşısını arzulayırıq".

Xatırladaq ki, Levandovski bu yay "Bayern"i Kataloniya təmsilçisinə dəyişib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər