Leonid Slutski istefa verdi

Leonid Slutski istefa verdi
Hollandiyanın "Vitess" klububunun baş məşqçisi Leonid Slutski istefa verib. 
Fanat.Az xəbər verir ki, 48 yaşlı mütəxəssis çempionatın XV turunda "Herenven"ə 2:3 hesabı ilə uduzduqları matçdan sonra bu qərarını açıqlayıb.
Qeyd edək ki, Leonid Slutski 2018-ci ilin yayından komandaya rəhbərlik edib. "Vitess" ötən mövsüm onun rəhbərliyi altında Hollandiya çempionatında 5-ci yeri tutub. Slutski 2015 - 2016-cı illərdə Rusiya yığmasında çalışıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər