Bu həftə UEFA-nın bayrağı altında keçiriləcək bütün oyunlar bir dəqiqəlik sükutla başlayacaq. Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Buna səbəb UEFA-nın keçmiş prezidenti Yohansson Lennartın vəfat etməsidir. Qeyd edək ki, Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarıstanı qəbul edəcək. İyunun 6-da isə U-21 yığmamız Avro-2021-in seçmə oyununda səfərdə Lixtenşteynlə qarşılaşacaq.
Fanat.Az