Laporta Kumana daha bir şans verdi

Laporta Kumana daha bir şans verdi

"Barselona"nın prezidenti Joan Laporta komandanın baş məşqçisi Ronald Kumana vəziyyəti düzəltmək üçün daha bir şans verib.

Fanat.Az-ın məlumatına görə, Kataloniya klubundakı son durum barədə nüfuzlu "Marca" qəzeti informasiya yayıb.

Mənbə niderlandlı mütəxəssisə maliyyə problemləri üzündən layiqli əvəzləyici tapa bilməyən "Barsa" rəhbərliyinin daha bir müddət gözləməkdə qərarlı olduğunu açıqlayıb.

Belə ki, qarşıdakı 3 oyunda Kataloniya təmsilçisi uğurlu çıxışla diqqət çəksə, Kuman postunda qalacaq. Əks halda niderlandlının gələcəyi yenidən böyük sual altına düşəcək.

Qeyd edək ki, 8 tura 12 xal toplayan "Barselona" İspaniya La Liqasının turnir cədvəlində 9-cu pillədə mövqe tutub. İspaniya nəhənginin UEFA Çempionlar Liqasındakı durumu daha acınacaqlıdır. İlk iki turda məğlub olan kataloniyalılar E qrupunda sonuncudur.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər