“Kür”mövsümü çempion üzərində qələbə ilə başa vurdu

“Kür”mövsümü çempion üzərində qələbə ilə başa vurdu

Qadın həndbolçuların Azərbaycan çempionatı başa çatıb.

Fanat.Az xəbər verir ki, XVI turun sonuncu qarşılaşması Mingəçevirdə gerçəkləşib.

"Kür" çempion "Qarabağ"ı qəbul edib. Meydan sahibləri rəqibini 36:26 hesabı ilə üstələyib.

Qələbə sayəsində çempion “Qarabağ”la xal fərqini minimuma endirən “Kür” komandası mövsümü 25 xalla ikinci pillədə başa vurub. Aktivində 21 xalı olan “Azəryol” ilk üçlüyü qapayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər