Kuman Qrizmannın durumuna aydınlıq gətirdi

Kuman Qrizmannın durumuna aydınlıq gətirdi
"Barselona"nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Kiyev "Dinamo"su üzərində qazanılan qələbəni (4:0) şərh edib.
Fanat.Az xəbər verir ki, o, zəif çıxışı üzündən tənqid atəşinə tutulan Antuan Qrizmannın da durumuna toxunub:
"Bu gün meydana görmək istədiyimiz "Barselona" çıxdı. Uşaqlar oyun boyu dominantlıq etdilər. Onlarla qürur duymağa haqqım çatır. Qrizmannın zədəsi var idi. Ona görə start heyətində yer almamışdı. Birinə istirahət imkanı, digərinə oynamaq şansı yaratmaq həmişə vacibdir. Məsələn, Oskar Minqes bu gün sübut etdi ki, ona güvənə bilərəm".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər