Afrika Millətlər Kubokunun qalibi olan seneqallı futbolçu Kalidu Koulibali klubu "Napoli"nin düşərgəsinə geri dönüb.
Fanat.Az "Tutto Napoli"yə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi azarkeş izdihamı ilə üzləşib.
Azarkeşlərdən bəziləri Kalidudan "Napoli"dən mümkün gedişi barədə soruşublar.
Mənbə futbolçunun dediklərini belə çatdırıb: “Belə səmimi qarşılanma məni çox sevindirir. Sakit olun, mən heç yerə getmirəm, getmirəm! Hər kəsə təşəkkür edirəm, komandadan kənarda olanda da dəstəyinizi görürdüm. Mən "Napoli"də olmaqdan qürur duyuram, özümü burada çox yaxşı hiss edirəm."
Xatırladaq ki, bir müddət öncə Kulibalinin Fransa PSJ-si və bir sıra ingilis top-klublarının diqqətində olduğuna dair xəbərlər yayılıb.
Emin