Krivotsyukdan Cənubi Koreyada ilk qol!

Krivotsyukdan Cənubi Koreyada ilk qol!

Futbol üzrə Cənubi Koreya çempionatında 9-cu turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Jeonbuk”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbəylə ayrılıb - 2:1.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da 51-ci dəqiqədə fərqlənən Krivotsyuk vurub.

“Daejeon” hazırda 17 xalla 3-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər