Kristof Daum ağır xəstəliyə tutuldu

Kristof Daum ağır xəstəliyə tutuldu

"Beşiktaş" və "Fənərbağça"nın sabiq baş məşqçisi Kristof Daum xərçəng xəstəliyindən əziyyət çəkir. Fanat.Az xəbər verir ki, bu barədə 68 yaşlı mütəxəssis özü İnstaqram hesabında etdiyi paylaşımda bildirib. O, bir müddətdir müalicə aldığını qeyd edib. Xatırladaq ki, Daum 1994-96, 2001-2002-ci illərdə "Beşiktaş"ı, 2003-2006, 2009-2010-cu illərdə isə "Fənərbaxça"nı çalışdırıb. O, "Beşiktaş"la 1, "Fənərbaxça" ilə isə 2 dəfə Türkiyə Superliqasını qazanıb. Kristof Daumun son iş yeri Rumıniya millisi olub. Həmçinin o, "Köln", "Ştutqart", "Bayer", Avstriya" (Vyana), "Ayntraxt", "Brügge", "Bursaspor" kimi komandalara da baş məşqçilik edib. Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər