Kontenin əvəzinə Poçettino

Kontenin əvəzinə Poçettino
"Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettino "İnter"i çalışdıra bilər.
Fanat.Az "FC Inter News"-a istinadən xəbər verir ki, "İnter" Antonio Konte ilə yolları ayıracağı təqdirdə, postu Poçettinoya həvalə edə bilər. Bununla belə, hazırkı vəziyyətdə əsas namizəd Massimiliano Alleqri hesab olunur.
"İnter"in prezidenti Xavyer Sanetti və idman direktoru Pyero Auzilionun Poçettinonun namizədliyini dəstəklədiyi bildirilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər